Ceyms Bond Türkiyədə ölür

2 Avqust 2012 17:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Filmdə Ceyms Bondu canlandıran Daniel Kreikin Türkiyənin Adana şəhərində çəkilən səhnəsində atəş edilərək körpüdən enməsi isə "Əfsanə Türkiyədə ölür" mübahisəsini gündəmə gətirib. Adanadakı "Kasım Gülek" Körpüsü üzərində çəkilən döyüş səhnəsində Bond düşməni ilə hərəkət edən bir qatar üzərində mübarizə edir. Bu sırada ingilis kəşfiyyat qrupu "MI6"nın başındakı M xarakteri bir  nişançıya vur əmrini verir və Bond vurulur.

Ceyms Bond körpüdən aşağı düşərək suyun dərinliklərinə enir. Filmin davamında M, Ceyms Bond üçün bir ölüm elanı hazırlayır. Silva rolundakı sarı saçlı Javier Bardem pis adam xarakteri ilə tamaşaçıları qarşılayır. "Skyfall" filmi tam olaraq noyabr ayında nümayiş ediləcək.