Madonna konsertinə etiraz etdilər - FOTOLAR

2 Avqust 2012 17:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Katolik qrupları və veteranlar pop ulduzu Madonnanın Varşava üsyanının il dönümü ilə eyni vaxta təsadüf edən Polşa konsertinə etiraz edib. "BBC"nin xəbərinə görə qruplar bilet alanlardan şəhərin İkinci Dünya müharibəsi dövründə faşist işğalına qarşı müqavimətinin başlanmasının il dönümündə veriləcək konsertə getməmələrini istəyib. Katoliklər Madonnanın konsertlərində yanan xaç istifadə edilməsini dinlərinə təcavüz olaraq xarakterizə edərək pop ulduzunu pornoqrafiya və cinsi azğınlığı təşviq etməkdə ittiham edib.