Obamadan gizli dəstək

2 Avqust 2012 16:10 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Amerikanın NBC və CNN televiziyalarının verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama Amerikanın xarici kəşfiyyat xidməti "CIA"nın Suriyada üsyançılara gizli olaraq dəstək verməsinə icazə verən bir sənədi imzalayıb.

CNN-nin adını vermədiyi xəbər qaynaqlarına görə, sənəd keçən aylarda imzalanıb, ancaq xəbərdə imzanın tam olaraq hansı tarixdə atıldığı bildirilməyib. Bundan əlavə, "CIA"nın necə bir yardım etməsinə icazə verildiyi də bilinmir. Ağ Ev xəbər ilə əlaqədar heç bir açıqlama verməyib. Üsyançılara gizli xidmətlər tərəfindən məlumat göndərilməsinin  təmin edildiyini də açıq bir dillə yalanlamayıb. Bundan əlavə, ABŞ Xarici İşlər Nazirliyinin spikeri Patrik Ventrell büdcədən 25 milyon dolların üsyançıları dəstəkləmək üçün ayrıldığını açıqlayıb. Vaşinqtonda təşkil edilən mətbuat konfransında Ventrell maliyyə yardımın 10 milyon dollar artırıldığını söyləyib. ABŞ hökumətindən verilən məlumatda, böyük bir qisminin üsyançılara göndərilən maliyyə yardımının silah satın almaq üçün istifadə edilməyəcəyi yazılır. Üsyançılara Suriya rejiminə qarşı mübarizədə dərman və informasiya vasitələri kimi "öldürücü olmayan" təchizatlarla təmin etmək üçün bu pulun verildiyi bildirilir.

ABŞ prezidenti Barak Obama ilə Fransa prezidenti François Hollande çərşənbə günü Suriyada siyasi həllin necə ola biləcəyini ələ aldıqları bir telefon görüşməsi ediblər.

"Elysee" Sarayından verilən məlumata görə, görüşdə iki lider Suriyada siyasi keçidin təcili olaraq təmin edilməsi lazım olduğu mövzusunda da razılaşıblar.