Draqi avronu qurtarma planını bu gün açıqlayır

2 Avqust 2012 19:05 (UTC+04:00)

"Avropa Mərkəz Bankı (ECB) səlahiyyət sahəsi daxilində avronu qorumaq üçün lazım olan hər şeyi edəcək və inanın mənə, bu kafi olacaq." - ECB rəhbəri Mario Draqi, ötən həftə Londonda qatıldığı bir konfransda bunları söyləmişdi. Bu gün isə Frankfurtda keçiriləcək təşkilatın aylıq adi yığıncağından sonra Draqinin borc böhranına qarşı "iki mərhələli" planına şərhverəcəyi gözlənilir.

Mərkəzi Münihdə olan "Sueddeutsche Zeitung" qəzetində dünən nəşr olunan bir məqaləyə görə, İspan və İtalyan dövlət təhvillərinin satın alınması bu planın bir parçasıdır. Alman Mərkəz Bankının isə buna qarşı çıxdığı bir sirr deyil. Bazar mütəxəssisləri Draqinin bu günkü açıqlamalırında 2009-cu ildən bəri borc böhranını aşa bilməyən "Avrozona"nın xilasına uyğun bir sürpriz gözləmir: "ECB hansı uğurlu planı irəli sürsə də Avropa xilas mexanizmləri üçün EFSF ya da ESM-nin dəstəyi lazımdır. Lakin, məsələn İspaniya hələ də belə bir tələbə israrla soyuq baxır."

Draqinin əvvəlki açıqlamalarından sonra İspaniya ilə İtalyanın rekord qıran borc faizləri nisbətən geri çəkilmi, Avropa birjalarında rahatlıq müşahidə edilmişdi. Bazarların gözü bu gün yenə Avropa Mərkəz Bankı müdirinin açıqlamalarında olacaq.