Xərçəngin kökünü məhv edəcək kəşf

3 Avqust 2012 14:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Tibb dünyası bu kəşfdən danışır. Elm adamları xərçəngin də özünə aid kök hüceyrələri olduğunu təsdiqləyib. Şişin bir daha ortaya çıxmaması üçün kök hüceyrə hədəf alınacaq.

Üç ölkədə bir-birindən ayrı aparılan araşdırma, xərçənglə mübarizə məsələsinə böyük ümid verib. Belçika, Hollandiya və ABŞ-dakı laboratoriyalarda tər tökən elm adamları, xərçəngin də öz kök hüceyrələrinin olduğunu oməlum edib. Xərçəng kök hüceyrələrinin xüsusilə "beyin", "mədə" və "dəri şişləri"nin təkrar yaranmasına gətirib çıxardığını kəşf edən mütəxəssislər, müalicə əsnasında kök hüceyrələrin hədəf alınacağını söyləyib. Brüsseldəki Azad Universitetindən Prof. Sedrik Blanpeyn, kəşfin bir çox xərçəng növünün müalicəsində yeni bir yanaşmaya yol aça biləcəyini ifadə edərək, "Xərçəngon kök hüceyrələrini yox edəcək, sağlam kök hüceyrələrə zərər verməyəcək bir müalicə üsulu tapa bilərik." sözlərini deyib.