Azərbaycanlı müğənni yeni klip çəkdirəcək

3 Avqust 2012 14:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın toylar müğənnisi kimi tanınan Ceyhun Neymətov yeni klip çəkdirmək istəyir. 

Xatırladaq ki, C.Neymətovun ağır yol-qəzasında ayağı yaralanıb. O, hələ də müalicəyə davam edir.

Müğənninin sözlərinə görə, yeni mahnısının musiqisi Hacı Nazimə, sözləri isə Namiq Qaraçuxurluya məxsuzdur. Mahnı "İllər sonra" adlanır.

Türkan Nadirqızı

Movqe.Az