Səbinə Babayeva onun bağlı yazılanlara aydınlıq gətirdi

3 Avqust 2012 14:21 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanı "Avroviziya 2012" musiqi yarışmasında təmsil edən Səbinə Babayeva virtual aləmin qurbanı olub.

"Mən heç bir sosial şəbəkədə oturmuram. Mənim fanatlarımla danışan əslində mən deyiləm. Sadəcə mənim adımdan profillər yaradıblar. Bunun mənə heç bir aidiyyatı yoxdur. Məni sevənlərə müraciət edirəm ki, onlar yalançılarla ünsiyyətdə olmasınlar. Mənə məxsuz "Facebook" sosial şəbəkəsində bir səhifə var ki, onun da admini mənəm. O, səhifənin istifadəçilərinin sayı 42, 391 nəfərdir. Digər səhifələr mənə məxsuz deyil", - Səbinə Babayeva deyib.

Xatırladaq ki, Səbinə Babayeva sosial şəbəkələrin ilk qurbanı deyil.

Türkan Nadirqızı

Movqe.Az