Yaşar Nuri yenidən Bakıda

3 Avqust 2012 14:28 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Yaşar Nuri Bakıya qayıdıb.

Azərbaycanın xalq artisti Yaşar Nuri ötən gün vətənə qayıtdı. Bu haqda Y.Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva açıqlama verib.

R.Nuriyeva Movqe.Az-a verdiyi açıqlamada bildirib ki, Yaşar Nuri özünü yaxşı hiss edir.

"Hal-hazırda Yaşar Nuri özünü yaxşı hiss edir. Bu səbəbdən də, o, vətənə qayıtmaq istədi. Türkiyəyə isə iki həftədən sonra qayıdacaq. Orada müalicəsi bitdikdən sonra, Azərbaycana geri dönəcək", - R.Nuriyeva deyib.

Türkan Nadirqızı

Movqe.Az