Annan istefasının səbəbkarı axtarılır

3 Avqust 2012 14:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının və Ərəb Birliyi Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan vəzifəsindən istefa verdiyini açıqlayıb və bundan sonra daimi üzv ölkələr istefanın səbəbkarı kimi bir-birlərini təqsirləndirməyə başlayıb.

Təhlükəsizlik Şurasına bağlı bir diplomat istefa ilə birlikdə şuranın Suriya məsələsindəki acizliyini artıq qəbul etməsi lazım olduğu etiraf edib.

Orta şərq layihəsinin rəhbəri Con Alterman isə istefanın ölkədaxili qüvvələrin ortaq məxrəcə gələ bilməməsindən qaynaqlandığını və Annanın İran, Rusiya və Çinin tənqidlərinə məruz qaldığını açıqlayıb.

Digər tərəfdən Annanın hazırladığı Sülh Planı daxilində ölkəyə göndərilən 300 BMT müşahidəçisinin uzadılan vəzifə müddəti avqustun 19-da bitir.

Fransanın BMT-dəki daimi nümayəndəsi Gerard Araud mətbuata verdiyi açıqlamasındamüşahidəçilərin missiyasının avqustun 19-da bitəcəyini, Təhlükəsizlik Şurasına üzv ölkələrin mövqelərini də hesabata əlavə etdiklərini, bu an üçün fərqli bir ssenarinin ehtimal olunmadığını deyib.

Tərəflər arası atəşkəs nəzərdə tutan və insani köməyin təmin edilməsini dəstəkləyən "Sülh Planı"nı Bəşar Əsəd təsdiqləməsinə baxmayaraq döndurulmuş vəziyyətdədir, çünki ölkədəki zorakılıq hər gün artır.