"Böyük Britaniya XİN-nin xəbərdarlığında Azərbaycana qarşı hər hansı ittiham yoxdur"

12 Aprel 2012 02:05 (UTC+04:00)

Böyük Britaniya Xarici İşlər Nazirliyinin "Avroviziya" yarışması ilə əlaqədar Bakıya səfər edən vətəndaşlarına xəbərdarlıq etməsində Azərbaycana qarşı hər hansı ittiham yoxdur. Bunu SalamNews-a politoloq Vəfa Quluzadə bildirib. O deyib ki, Azərbaycan hakimiyyəti lazımınca mövcud gözlənilən vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti heç bir qanun pozuntusuna yol verməyəcək.

Xatırladaq ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi saytının Azərbaycan bölməsində "Eurovision" yarışması ilə bağlı təlimat xəbərdarlıqlar yayılıb. Britaniya vətəndaşlarına Azərbaycanda terror hadisələrinin baş vermə ehtimalı xatırladılır.