“Ağ Ev” açıqlama verdi

3 Avqust 2012 15:48 (UTC+04:00)

Movqe.Az xəbər verr ki, "Ağ Ev" Milli Təhlükəsizlik Şurası sədrinin köməkçisi Kaytlin Hayden, ABŞ Prezidenti Barak Obamanın Baş nazir Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı çəkilən fotoşəkiliylə əlaqədar olaraq, ''bu fotoşəkili yalnız Prezident Obamanın Baş nazir Ərdoğanla davam edən yaxın əlaqəsini vurğulamaq və onların Suriyada pisləşməyə doğru davam edən vəziyyət haqqındakı əhəmiyyətli görüşmələrinə diqqəti çəkmək məqsədiylə yayımladıq'' deyib.

Hayden, Türkiyədə müzakirə obyekti olan Obamanın Ərdoğanla telefon danışığı əsnasında çəkilən fotoşəkili ilə əlaqədar şərhini Anadolu Agentliyinə verib.

""Ağ Ev" tərəfindən nümayiş olunan, Prezident Obamanın Baş nazir Ərdoğanla danışarkən, əlində məşhur Amerikalı idmançı Hank Aaron tərəfindən imzalanmış beyzbol çubuğunu tutduğu fotoşəkiliylə əlaqədar türk mediasında çıxan açıqlama və fərziyyələri'' gördüklərini deyən Hayden, bunları qeyd edib: ''Bu fotoşəkili yalnız bir məqsədlə yayımladıq, o da Prezident Obamanın Baş nazir Ərdoğanla davam edən yaxın əlaqəsini vurğulamaq və və onların Suriyada pisləşməyə doğru davam edən vəziyyət haqqındakı əhəmiyyətli görüşmələrinə diqqəti çəkmək. Prezident ABŞ-ın Türkiyə ilə əməkdaşlıq etdiyi bu əhəmiyyətli mövzuda, Baş nazir Ərdoğanla yaxın ortaqlıq və yoldaşlığına dəyər verir''.

Hayden, ''ABŞın, Türkiyə ilə ABŞ xalqları arasında var olan son dərəcə güclü və daimi dostluğa dəyər verdiyini'' də vurğulayıb.