Ailəsinə gileyləndi

3 Avqust 2012 16:32 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən bildirir ki, pop ulduz Hadisə Bodrum tətili zamanı kameralara çəkildiyi vaxt ailəsinə xəbərdarlıq etmədiklərinə görə giley edib.

Konsertlərində səhnədəki hərəkətləri, selülit müzakirələri və eşqləriylə gündəmə gəlməkdən yorulduğunu tez-tez ifadə edən və buna görə də gözlərdən uzaq bir tətil keçirməyi üstün tutan Hadisə Bodrumda kameralara çəkilib. Gün ərzində qaldığı oteldə anası və iki dostuyla birlikdə günəş vannası qəbul edən gənc müğənni, istiyə dözə bilmədiyinə görə dənizə girib. Dənizdən çıxarkən şəkillərinin çəkildiyini hiss edən Hadisə, anası və yoldaşlarına ona xəbərdarlıq etmədiyi  üçün gileylənib.