Movqe.Az xəbər verir ki, fərqli ölkələrdən milyonlarla insanın həcc və ümrə ziyarətini yerinə yetirmək üçün görüşdüyü Məkkə, bu günlərdə böyük bir struktur dəyişikliyinin astanasındadır. Xüsusilə Kəbənin ətrafı bir neçə il əvvəl gedənlərin belə tanıya bilməyəcəyi nisbətdə dəyişir. İnşaatdan yüksələn səslər təvaf edənlərə qədər çatır.
Kəbənin
Altınoluk tərəfinə əlavə bir bina ilə iki minarə tikilir. Bu
sahənin dərhal arxasındakı təpədə olan və boşaldılmağa başlanan
məhəllədən Kəbəyə doğru baxdığınızda işlərin nə cür böyük olduğunu
görə bilirsiniz. Ecyad Qalasının olduğu sahəyə, yəni Zəmzəm Saat Qülləsinin arxa
tərəfinə gedildiyində isə o bölgəyə hərəkətlilik qazandıran otel,
restoran və dükanların bağladığına şahid olarsınız.
Bu an boş binalardan ibarət o bölgə Kəbəyə gedib gələnlər üçün yalnız bir keçiddir. Otellərdən sökülüb yol kənarlarına yığılan qapı və pəncərələr ilə üst üstə yığılmış kürsü, kreslo və yataqlar ziyarətçilər üçün maraqlı bir görünüş meydana gətirir.
Kəbənin
ətrafını genişlənmə
layihəsinin ilk
mərhələsinə 2009-cu ildə
başlanmış və bu ərazidə 2
min 350 bina və işyeri sökülüb. Hazırda isə ikinci mərhələ reallaşdırılır. Qısa
bir müddət içində 1900 bina və işyeri də söküləcək. Cəmi 100 milyard dollara yaxın təzminat ödənəcək.
İnfrastruktur, yol və tunel inşaatları da hesaba qatıldığında
Kəbədəki yenidənqurma
işləri əhəmiyyətli
olacağı deyilir.
Xüsusən Kəbəni Ərafat, Mina və Müzdəlifəyə bağlayacaq qatar, Ciddə-Mekkə
arası inşa ediləcək
şosse və yenə Məkkədən
Mədinəyə uzanacaq sürətli qatar yolu kimi layihələr də şəhərin digər
bölgələrinin tikinti meydanına çevrildiyini
göstərir.
Hazırda hər il təxminən 3 milyon insan hacı olmaq üçün Məkkəyə gəlir. Layihənin tamamlanmasıyla birlikdə şəhər, 10 milyon hacını qarşılaya biləcək infrastruktura qovuşacaq.
Bu səbəblə
Məkkədə yaşayanların əksəriyyəti, yeni tikilən strukturların belə
30-40 il sonra yıxıla biləcəyi fikrindədir. Çünki ziyarətçi
sayı artdıqca yeni ehtiyaclar ortaya çıxmağa davam edir. Aydın olan
odur ki, Məkkəni yenidən tikmək, Kəbəni də genişləndirmək heç zaman bitməyəcək.