İrandan qonşu dövlətlərə qanunsuz narkotik maddələr ixrac olunur

12 Aprel 2012 02:28 (UTC+04:00)

İran bölgədə, eləcə dünyada narkotik maddələrin idxalçısı kimi tanınmaqdadır. Vəziyyət o yerə çatıb ki, Məkkəyə ziyarətə gedən iranlı "zəvvərlardan"da narkotik maddələr müsadirə edilirİslam Respublikasının bu maddələrin ixracatçısı olmasını ölkədə ələ keçirilən narkotik maddələrin miqdarı da təsdiqləyir. Ötən il İran polisləri 430 ton qanunsuz narkotik maddə müsadirə ediblər. Bu haqda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə qərargahının başçısı Əli Müəyyədi söyləyib.

Onun sözlərinə görə, ələ keçirilmiş bu maddələr körfəzyanı dövlətlərdə satılmaq üçün nəzərdə tutulub. Məlumata əsasən, hər il İslam Respublikası narkotik maddələrin yayılmasına qarşı mübarizə üçün bir milyard dollara yaxın vəsait ayırır.

Xatırladaq ki, bu günlərdə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, son dörd ayda narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olduqları üçün 681 nəfər həbs olunub. Onların 96- Səudiyyə Ərəbistanı krallığı təbəəsi, qalanları isə 33 başqa ölkənin vətəndaşıdır.

"Onlar narkotik maddələrin qaçaqmalçılığı, yayılması alınmasında şübhəli bilinirlər. Onlardan heroin, kokain həşiş, eləcə narkotik tərkibli həblər götürülüb. Bu narkotik maddələrin dəyəri 460 milyon dollardır. 4,4 milyon dollar pulu isə nağd olaraq ələ keçirmişik" - deyə, nazirliyin təmsilçisi polis generalı Məsud əl-Türkü bildirib.

Polisin apardığı 4 aylıq kampaniya zamanı 20 polis işçisi yaralanıb. Bu zaman 10,6 ton həşiş, 6,3 kiloqram heroin, 1,69 kq kokain, eləcə 13 milyon narkotik həb müsadirə edilib. Polis generalının sözlərinə görə, qanunsuz narkotik maddələr krallığa əsasən, Yəmənlə sərhəd bölgələrdən daşınır. Əməliyyat zamanı qaçaqmalçılar təyyarə ağır silahlardan da istifadə edib.

Nazirliyin təmsilçisi deyib ki, bu cinayətə zəvvarlar da qatılır. Onun sözlərinə görə, müttəhimlərin hamısı, o cümlədən İran Suriya vətəndaşları məhkəmədə qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Bu isə o deməkdir ki, qaçaqmalçıları edam gözləyir.

Sədrəddin Soltan