İran xarici işlər nazirinin müavinindən şairlərimizlə bağlı açıqlama
4 Avqust 2012 11:33 (UTC+04:00)
"Azərbaycanla İran arasında möhkəm və
dayanıqlı dostluq əlaqələri mövcuddur". Bu açıqlamanı APA-nın
Moskva müxbirinə İran İslam Respublikası xarici işlər nazirinin
müavini Hüseyn Əmir Abdullaxiyan verib. Onun sözlərinə görə, İran
Azərbaycanı ən yaxın qonşusu hesab edir: "Bəli, bir neçə
məsələlərdə fikir ayrılıqları mövcuddur. Lakin bütün bunlara
baxmayaraq İran Azərbaycanı özünə yaxın qonşu hesab etdiyindən və
ümumi tariximiz olduğundan Azərbaycanla münasibətlərin
möhkəmlənməsini hər zaman dəstəkləyirik".
Nazir müavini İranda həbs olunan
azərbaycanlı şairlərin taleyi, Azərbaycan Xarici İşlər Nazirlyinin
bununla bağlı notalarının cavadsız qalması ilə bağlı suallardan
yayınıb: "İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur.
Məsələnin detalları barədə heç nə bilmirəm".