Mark Sukerberq müflis oldu: 10 milyard dollar itirdi

4 Avqust 2012 19:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin adı texnologiya sahəsindəki milyarderlər siyahısından çıxarılıb. 

Rusiya mətbuatının verdiyi məlumata görə, buna səbəb Facebook sosial şəbəkəsinin səhmlərinin qiymətinin aşağı düşməsi olub. Səhmlərin qiymətinin aşağı düşməsi ilə Sukerberqin varidatı 10,2 milyard dollar azalıb.

Hazırda qeyd olunan siyahıda onun yerini SAS firmasının təsisçisi Ceyms Qudnayt tutur.

Türkan Nadirqızı

Movqe.Az