Suriyada 48 iranlı zəvvar qaçırıldı

5 Avqust 2012 11:27 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşq şəhərində 48 iranlı zəvvar qaçırılıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, müqəddəs məkanlardan birini ziyarət edən zəvvarlar Dəməşq aeroportuna gedərkən yolda avtobuslarının qarşısı silahlı dəstə tərəfindən kəsilib. Bu məlumat İranın Suriyadakı səfirliyindən də təsdiq edilib: "48 iranlı zəvvar silahlı dəstə tərəfindən qaçırılıb. Hazırda onların talehi və harada saxlanılması barədə heç bir məlumat yoxdur".