Azərbaycanda dəhşətli qəza: uşaqlar valideyinlərinin gözü qarşısında öldü

6 Avqust 2012 11:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda uşaq valideynlərinin gözündən yayınıb "KamAz"ın altına düşüb.

Qeyd edək ki, hadisə ötən gün baş verib.Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, Bakıya getmək istəyən Ağcabədi rayon sakini maşında halı pisləşdiyi üçün avtomobili yol kənarında saxlayıb. Bu vaxt maşında nəzarətsiz qalmış azyaşlı, 2007-ci il təvəllüdlü Əli Əliquliyev magistrala çıxıb. Qarşıdan gələn "KamAZ markalı maşın azyaşlını vurub.

APA-nın verdiyi məlumata görə, uşaq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, uşaq ağır kəllə-beyin travması alıb, ona ilkin tibi yardım göstərildikdən sonra Bakıya yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az