II qrup üzrə keçid balı 150 bal oldu
6 Avqust 2012 18:57 (UTC+04:00)
Azərbaycanda ali məktəblərin II ixtisas qrupu
üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb və TQDK-nın rəsmi
internet saytında yerləşdirilib. II qrup üzrə ixtisas seçimində
ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla
qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı
10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə
Lent.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat
verib.
Ümumi balı 300 və daha çox olan
abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər
üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi
balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı
nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
Qeyd edək ki, avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahanı
keçirilib.