Qarabağ müharibəsi başlanır

7 Avqust 2012 12:40 (UTC+04:00)

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında elan olunan atəşkəs daim erməni hərbiçiləri tərəfindən pozulmaqdadır. Demək olar ki, saatından asılı olmayaraq ermənilər hər gün Azərbaycanla sərhəd bölgəsində atəşkəsi pozurlar. Bununla yanaşı erməni saytalarında yayaılan məlumatlara görə Ermənistan Azərbaycanla dövlət sərhədində möhkəmləndirmə işləri aparır.

Məlumatda o da qeyd olunub ki, bu çərçivədə dövlət sərhədində yeni istehkamlar, mühəndis maneələri yaradılır, mövcud müdafiə mövqeləri gücləndirilir. Bundan başqa sərhəd zonasında yerləşən erməni kəndlərindən əhalinin köçürülməsi də müşahidə olunur. Bu fonda isə Azərbaycan hərbçilərinin işğal altında bəzi məntəqələri azad etməsiən dair məlumatlar yayılması cəbhə zonasında hansısa proseslrin baş verdiyini deməyə əsas verir. Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri iyulun 27-də Murovdağda düşmənlə təmas xəttində uğurlu əməliyyat keçirib. Əməliyyatın mühümlüyü ona birbaşa müdafiə naziri, general polkovnik Səfər Əbiyevin rəhbərlik etməsi olub. Ümumiyyətlə, prosesdə əsasən komandir heyəti iştirak edib və ciddi qarşıdurma olmadan hərbçilərimiz istəyinə nail olub. Belə ki, ilin əksər hissəsinin ağır hava şəraitinin hökm sürdüyü Murovda atəşkəs dövründən bəri ermənilərin nəzarətində olan, lakin heç bir postun fəaliyyət göstərmədiyi, sadəcə, düşmən tərəfin nəzarəti altında saxlanılan yüksəklik Azərbaycan ordusunun nəzarəti altına keçib. Hesab olunur ki, qarabağda mümkün müharibə artıq başlmaq üzrə olduğundan ermənilər bun ahazırlıq görürlər, Azərbaycanla sərhəd zonaları möhkəmləndirirlər. İstisna olunrmur ki, işğalolunmuş Azərbaycan ərazilərində də analoji hazırlıq gedir.

Hərbçi ekspert İldırım Məmmədov qeyd edir ki, elə birinci Qarabağ müharibəsi zamanından ermənilərin başbilən məsləhətçiləri ruslar olub: "Onlar bilirdilər ki, hücumda da, müdafiədə də mühəndis istehkam işləri döyüş ərazisində vacib yer tutur. Ermənilər də bundan istifadə edirlər. Ona görə də bu gün onlar görülən işlərin hansısa formada yaxşılaşdırılmasına, onların keyfiyyətlərinin dəyişdirilməsinə qərar veriblər. Çünki, həmin qurğular  Qarabağın ərazisində çoxdan möhkəmləndirilib. İndi də illər keçdikcə onların keyfiyyətləri aşağı düşüb. Möhkəmləndirmə işlərini görürlər ki, mühəndis istehkam qurğularının keyfiyyətlərini hansısa formada yüksək səviyyədə saxlasınlar. Bununla da hər hansı olan bilən hücuma, müharibəyə hazır olduqlarını bildirirlər.  Bizdə də cənab prezident dəfələrlə Qarabağ məsələsinin soyuq fazasına keçilməsinə imkan verilməyəcəyini bildirib".

Ekspert bildirir ki, döyüş ərazilərinin təmizlənməsi müharibə məqamlarının başlanması ola bilər: "Dünyada alınmamış qala yoxdur. Ermənilərin nə pul, nə də əhalisinin güc imkanları bütün Qarabağ ərazisini çox sistemli müdafiə xətti kimi saxlamağa  imkan vermir. Onlar bəzi istiqamətləri möhkəmləndirirlər. Amma bəzi istiqamətləri boş-boşuna qalıb. Həm də bu gün yeni texniki vasitələr-desant, təyyarrə, partlayıcı sistemlər onların hansısa formatda yaratdığı manelərdən yan keçməyə imkan verir. Bununla da ermənilərin görüdüyü işlər lazımsız hesab etmək olar. Ona görə də onların bütün bu çalışmaları Azərbaycan ordusunun qarşısında heç nədir. Həm də ermənilərin bu hərəkətlərinə qarşı bizdə hansısa formada əks işlər görülür. Elə bizim ANAMA Orta Asiya və Cənubi Qafqazada ad qazanmış təşkilatlardan birinə çevrilib. Bununla bərabər qoşunlarımız da ermənilərin gördüyü işlərdə əks işləri gündəmdə saxlayıb, onlara təsir edə bilirlər".

Digər hərbçi ekspert Yaşar Cəfərli bildirir ki, tərəflər daim qarşılıqlı olaraq bir-birilərinə zərər verməyə çalışırlar: "Ermənistan da bunun qarşısını almaq üçün hansısa tədbirlər görməyə çalışır. Əsas tədbirlər də mühəndis istehkam qurğularının qurulmasıdır. Onlar bu üsula həmişə üstünlük veriblər. Ona görə də Ermənistanın bu hərəkətlərini müharibənin başlanması kimi qiymətləndirmək düzgün olmazdı. Müharibənin başlanması üçün ciddi siyasi qərar olmalıdır. Müharibəni də biz başlaya bilərik".

Ekspert vurğuladı ki, Azərbaycan öz ərazilərini geri qaytarmaqda israrlıdır: "Ona görə də nə vaxtsa, müharibə etmək zorundadır. Birinci növbədə Ermənistanın öz mövqelərini gücləndirməsinə imkan verməməliyik. Yerlərdə bu mühəndis istehkam tədbirləri görülməsinin qarşısını alsınması üçün işlər görülməlidir. İkincisi də təbii ki, biz də öz tərəfimizdən daha güclü mühəndis istehkam qurğuları qurmalıyıq".