Azərbaycan kommunistləri Suriya olaylarını pislədi

7 Avqust 2012 13:40 (UTC+04:00)

Suryada verən məlum olaylarla  əlaqədar AzərbaycanKommunist Partiyası Mərkəzi Komitəsi bəyanat yayıb. Burada qeyd olunur ki, son bir ildən artıq müddətdə  ABŞ başda olmaqla qərb dövlətlərinin demokratiyanın qorunması  və insan haqlarının müdafiəsi pərdəsi altında  suveren Suriyanın daxili işlərinə qarışaraq ona hərbi təcavüz etməsi Azərbaycan Kommunistlərini çox narahat edir və hiddətləndirir.

Suriya müxalifətinin hökumət əlehinə keçirdiyi ehtiraz nümayişləri arıq öz həddini aşaraq silahlı qarşıdurmaya çevrılmışdir. Hakimiyyət qüvvələri ilə " üsyançılar", əslində isə bu gün heçkim üçün sirr olmayan İraqdan, Yəməndən, Misirdən, Liviyadan, Əfqanstandan və digər ərəb ölkələrindən  olan muzdlu döyüşçülər  arasında başverən silahlı qarşıdurma nəticəsində hər gün minlərlə dinc əhali,  o cümlədən az yaşlı uşaqlar qocalar,qadınlar həlak olur, inzibait və yaşayış binaları dağıdılır, komunikasiya xətləri sıradan çıxarılır. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin siyasi  hakimiyyətdən uzaqlaşdırılması bəhanəsi ilə qərb və İsrail dövlətininin senarisi əsasında Sriyada əsil vətəndaş müharibəsi gedir.

Misirdən, Liviyadan Tunisdən sonra Suriyada da silahlı vətəndAş qarşıdurması ilə siyasi hakimiyyətin zorla dəyişdirilməsi və qərb dövlətlərinin dəstəyi ilə radikal islamçıların hakimiyyətə gətirilməsi, yaşadığımız dünya üçün cox təklükəlidir. Bir tərəfdən islam "fundamentalizminə", "islam terroruna" qarşı mübarizə aparan qərb dövlərləri, digər tərəfdən açıq-aşkar onlara rəsmi dəstək verərək həmin radikal qüvvələrin hakimiyyətə gəlməsinə yardımçı olurlar. Belə bir halın olması dünya dövlətlərin müstəqil, suveren hüquqlarını pozur və BMT-nin nizamnamə tələbləri ilə ziddiyyət təşkil edərək kainat üçün təklükəli tendensiya yaradır.

Demokratiyanın carçısı olan qərb dövlətləri adları yuxarıda qeyd olunan dövlətlərdə siyasi hakimiyyətin demokratik yolla dəyişdirilməsinə yardımçı olmaq əvəzinə,onun güclə, qan tökərək dəyişdirilməsinə rəvanc verməsi yaşadığımız narahat dünyanı daha da təhlükəli edir.

Bunları nəzərə alan, AKP Suriyada baş verən hadisələrə öz kəskin etirazını bildirir və dünya aparıcı dövlətlərini tezliklə Suryada qan tökülməsinə son qoymağa, onun müstəqil, suveren hüquqlarına hörmətlə yanaşmağa və daxili işlərinə qarışmamağa səsləyir. Suriya dövlətinin gələcək talehini yalnız syriyalılar həll etməlidir. Heç bir xarici intervensiyaya yol verilməməlidir.

Azərbayca Kommunist Partiyası  Mərkəzi Komitəsi,  Rusiya Federasiyası və Çin Xalq Respublikasının BMT – də  Suriya ilə əlaqədar mövqeyini bəyənir və onu dəstəklədiyini bəyan edir.