“Taksilər üçün xüsusi dayanacaqların tikintisi gələn il başa çatacaq”

7 Avqust 2012 13:42 (UTC+04:00)
Bu fikirləri APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, avtomobillər qaydalara uyğun park edilmədiyindən, tətbiq olunan cərimələrin məbləği artırılıb: "Ümumiyyətlə taksilərin qayda pozuntusuna qarşı yalnız Nəqliyyat Nazirliyi deyil, həmçinin DYP də mübarizə aparır. Bizim müvafiq qurumlar avtobusların dayanacaqlarda normal dayanması və tıxacın qarşısını almaq üçün mübarizə aparır. Ona görə də hazırda əsas məqsədimiz avtobus dayanacaqlarında taksilərin dayanmasına əngəl olmaqdır".
N. Həsənov qeyd edib ki, taksilər üçün xüsusi dayanacaqlar tikilir və onların 60-dan çoxu artıq hazırdır: "Bu il ərzində taksilər üçün yeni dayanacaqların tikintisi davam edəcək. 2013-cü ildə isə dayanacaqların tikintisi tam başa çatacaq".