Susuz qalan filin hovuz görüntüləri rekord qırdı

7 Avqust 2012 15:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bütün dünyada yaşanan istilər yalnız insanlara deyil, heyvanları da təsir edir. Heyvanlar da həyatda qalmaq üçün su qaynaqlarına sanki "hücum" edir.

Afrikada susuz qalab fil insanlar üzdüyü vaxt hovuzdan su içməyə başlayıb. Görüntülər YouTubedə izlənilmə rekordu qırıb.

İngilis Daily Mail qəzetinin xəbərinə görə, insanlar üzdüyü sırada hovuza gələn fil hovuzdakıların çaşmış baxışları önündə suyunu içərək, yoluna davam edib.