“Suriyadan sonra sıra Türkiyənindir”

7 Avqust 2012 17:11 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ankaranın Suriya siyasətini tənqid edən İran Baş qərargah rəisi Həsən Firuzabadi, "sıranın Türkiyəyə də gələcəyini" bildirib.

Suriyadakı Bəşər Əsəd rəhbərliyinə dəstək verən İran, Suriyada qan tökülməsində Türkiyə, Səudiyyə Ərəbistanı və Qatarı məsul hesab edir.

Suriya mövzusunda önümüzdəki həftə Tehranda beynəlxalq bir konfrans təşkil edəcəyini bildirən İran Baş qərargah rəisi general Həsən Firuzabadi vasitəsilə Türkiyə, Səudiyyə ərəbistanı və Qatarı sərt tənqid edib.

"İnqilab gözətçiləri"nin internet saytına açıqlama verən Firuzabadi Səudiyyə Ərəbistanı, Qatar və Türkiyəni Suriyada qan tökülməsindən məsul hesab edir.

Firuzabadi, "Böyük şeytanın (ABŞ) müharibə planlarına köməkçi olmaq, Suriyaya qonşu ölkələr üçün doğru siyasət deyil. Əgər onlar bu yolda hərəkət edirlərsə, o zaman bunu bilməlilər ki, sıra Türkiyə və digər ölkələrə gələcəkdir" ifadələrini işlədib.

İran Baş qərargah rəisi Həsən Firuzabadi "Səudiyyə ərəbistanı, Türkiyə və Qatardakı dostlarını", Əl-Qaidəyə bənzər bir terror təşkilatının yaranması mövzusunda xəbərdar etdiyini də dilə gətirib.

Suriyanın yaxın müttəfiqi olan İranda hərbi qanad son dövrdə Türkiyəyə yönəlik sərt şərhlərini davam etdirdiyi vaxtda, İran Xarici işlər Nazirliyi, böhranı həll etmək məqsədiylə beynəlxalq yığıncağa ev sahibliyi etməyi planlaşdırır.

YIĞINCAQ CÜMƏ AXŞAMI BAŞ TUTACAQ

İran xarici işlər nazirinin köməkçisi Hüseyn Amir Abdullah, cümə axşamı keçiriləcək yığıncağa, yalnız Suriya mövzusunda "həqiqi" bir yanaşmaya sahib ölkələrin dəvət ediləcəyini söyləyib və detallı məlumat verməyib.

Beynəlxalq müşahidəçilər Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar kimi əhəmiyyətli aktyorların qatılmayacaqları bir yığıncağın ciddi bir nəticə doğura bilməyəcəyini deyir.

İran ötən ay, Əsəd rejimi ilə müxaliflər arasında görüşlərə ev sahibliyi etməyi təklif etmişdi, ancaq müxaliflər bu təklifi qəbul etməmişdi.