"Qafqazinfo"nun məlumatına görə, idmançımızın gah rus dilində,
arada isə Azərbaycan dilində danışdığı müsahibənin titrlarda
ingilis dilində tərcüməsi verilir. Müsahibədə diqqəti çəkən əsas
məqam isə Elnur Məmmədlinin məşq zamanı etdiyi "qəhrəmanlığı" öz
dili ilə etiraf etməsidir: "Mənim məşqçim Ağayar Axundzadə, həm də
baş məşqçidir. Bizim səmimi münasibətimiz var, bir-birimizə çox
hörmət edirik. Mən çox ərköyün insanam və o, mənə həmişə güzəşt
edir. Bəzən yatıb qalıram və məşqə gəlmirəm. Lakin o buna göz
yumur. O, ərköyünlüyümü bilir, mənlə uşaq kimi davranır. Biz
bir-birimizi çox sevirik".
Qeyd edək ki, Elnur Məmmədlinin video-müsahibəsi "You-Tube"a bu
ilin iyul ayında yüklənib.
Bu videoya onun London olimpiadasında uduzmasının mahiyyətini açan
bir fakt kimi baxmaq olar.