Martın 1-nə olan hava proqnozu
1 Mart 2015 09:23 (UTC+04:00)
Martın 1-dəBakıda və Abşeron yarımadasındahavanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman
olacaq.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, cənub küləyi əsəcək, günün ikinci yarısında şimal küləyi ilə
əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5°, gündüz 8-12°,
Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə
75-80, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındaəsasən gecə və
axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun
gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-8° şaxta, gündüz
6-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı
yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 2°
şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin
olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq
küləyi əsəcək. Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındahavanın arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun
gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 0-5°
şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan
2°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındagecə və səhər
ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, axşam isə bəzi yerlərdə
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə
0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Temperaturun gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-5°
şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.