Ordumuz 2 erməni hərbçini məhv etdi

1 Mart 2015 10:10 (UTC+04:00)

Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərində 2 erməni hərbçi məhv edilib.

Movqe.Az APA-ya istinadən bildirir ki, fevralın 28-də saat 14.25 radələrində cəbhə xəttinin şimal-qərb istiqamətində Ermənistan və Azərbaycan ordusunun bölmələri arasında baş vermiş atışma nəticəsində 2 erməni hərbçi ölüb. Məlumata görə, bunlar 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qriqoryeviç Baroyandır.

Qeyd edək ki, bu gün səhər saatlarında təmas xəttində baş vermiş atışma zamanı 19 yaşlı erməni hərbçi Albert Emileviç Safaryan ölüb.