Kürdəmirdə reyd keçirilib

1 Mart 2015 11:02 (UTC+04:00)
Kürdəmirdə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

Movqe.Az APA-ya istinadən bildirir ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-dan çox sürücüyə protokol tərtib edilib.

Reyd zamanı şəxsi avtomobillərinin arxa şüşələrinin qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, ötmə, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə, barələrində protokol tərtib edilib. Reyd zamanı sürücülük vəsiqəsi olmayan və içkili vəziyyətdə avtomobil idarə edən sürücülərə də rast gəlinib.

Bu cür reydlərin davamlı olacağı bildirilir.