Nemtsovla bağlı şok iddia

1 Mart 2015 11:16 (UTC+04:00)

Rusiyanın məşhur siyasətçisi, müxalifət Boris Nemtsovun ölümü ilə bağlı versiyalar açıqlanıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, bu versiyaları Rusiya İstintaq Komitəsi açıqlayıb.

Versiyalardan biri bundan ibarətdir ki, Nemtsovun qətlinin Fransanın "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş verə terrorla əlaqləli ola bilər.

Belə ki, müxalifət lideri "Charlie Hebdo" terror aktına münasibətinə görə dəfələrlə təhdid edilmişdi.

Qeyd edək ki, Boris Nemtsov ötən gün Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.