Azərbaycan nefti yenə ucuzlaşdı
1 Mart 2015 13:06 (UTC+04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın
yüngül neftinin qiyməti fevralın 27-də 63,07 dollar/barel təşkil
edib.
Movqe.az xəbər verir ki , ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü
neftin qiyməti cümə axşamına nisbətən nisbətən 0,67 dollar/barel
azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar
blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla
Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri
Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac
olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB
bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də
62,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6
dollar/barel azdır.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır.
Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın
27-də 58,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən
0,29 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin
qiyməti fevralın 27-də 61,36 dollar/barel təşkil edib. Bu, əvvəlki
qiymətdən 0,63 dollar/barel azdır.