Artıq Whatsapp qadağandır

1 Mart 2015 14:00 (UTC+04:00)

Pornografik materialların paylaşıldığı səbəbiylə Whatsapp'ın istifadəsi Braziliyada tamamilə qadağan edildi.

Braziliyada bir məhkəmənin aldığı qərarla, WhatsApp bütün ölkə daxili bağlanıldı.


Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki ,Braziliya məhkəməsi, WhatsApp-da uşaq pornoqrafiyası ehtiva edən materialların paylaşıldığına dair şikayətlərdən sonra açılan məhkəmədə mövzunun araşdırılması üçün WhatsApp-a tələb edildi. Ancaq Braziliyada ofisi olmayan WhatsApp bu çağırışa cavab verməyincə məhkəmə də WhatsApp'a ölkə daxilində giriş maneəsi qoyulmasına qərar verdi.


Hakim qərarın detalları haqqında şərh etmədi və ya maneə törətmənin nə zaman qalxacağı barədə məlumat vermədi . Ancaq Braziliyadakı milyonlarla istifadəçilərini itirdiyinə görə  WhastApp'ın məhkəmə ilə  əməkdaşlıq etməyə başlayacağı düşünülür.