Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün ömürlük həbs cəzasına məhkum olunmuş PKK lideriAbdullah Öcalanın tərəfdarlarına mübarizəni dayandıraraq nizamlanmaya dair konqres keçirmək çağırışını şərh edərkən Türkiyənin baş naziriƏhməd Davudoğlubildirib.
"Silah və güc dilində danışmağın artıq sonu çatıb, demokratik siyasətə yol açıqdır, dinc yolla nizamlanma prosesi yeni mərhələyə qədəm qoyub", - deyə Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının gənclər təşkilatının konqresində çıxışı zamanı qeyd edib. O əlavə edib ki, Türkiyə vətəndaşları arasında nifaq toxumu səpmək məqsədi ilə əhalinin türklərə, kürdlərə, ələvilərə və sünnilərə ayırmaq cəhdlərinə yol verilməyəcək.
Qeyd edək ki, 40 mindən çox insanın həyatına son qoymuş 35 illik
münaqişənin nizamlanması məqsədi ilə Türkiyə hakimiyyəti 2012-ci
ilin oktyabrında ömürlük həbs cəzasına məhkum olunmuş PKK lideri
Abdullah Öcalan ilə danışıqlara başlayıb. Tərəflər üzərilərinə
öhdəliklər götürərək münaqişənin həlli ilə bağlı "yol xəritəsi"
hazırlayıb.