"Borussia Dortmund" irəliləməkdə davam edir

1 Mart 2015 18:05 (UTC+04:00)

Almaniya Bundesliqasında 23-cü tur davam edir.Movqe.az goal.az-a istinadən xəbər verir ki ,  İkinci dövrəyə autseydərlər qrupunda başlayan "Borussia Dortmund" turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üzrədir. Dortmund klubu bu dəfə avrokuboklar üçün mübarizə aparan "Schalke"ni qəbul edib. Maraqla gözlənilən matçda uzun müddət hesab açılmasa da, 9 dəqiqə ərzində 3 qol vurulub. Nəticədə "Schalke"ni 3:0 hesabı ilə məğlub edən "Borussia" 10-cu pilləyə yüksəlib.

Almaniya Bundesliqası 23-cü tur

Borussia Dortmund 3-0 Schalke

Qollar:Obameyanq (78`), Mixtaryan (79`), Roys (86`)