"Referi yanlış futbolçunu meydandan qovdu"

1 Mart 2015 18:19 (UTC+04:00)

"Manchester United"in baş məşqçisi Lui van Qaal "Sunderland"la matçda qeydə alınan penalti epizodu bardə fikirlərini bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Van Qaal epizodu yaxşı görməsə də, yanlış oyunçunun cəzalandırıldığını deyib.

"Düşünürəm ki, texniki zonadan bu epizodu sizdən yaxşı görməmişəm. Oyunçular aktiv şəkildə etiraz edirdi. Onlar bilirdi ki, referi qırmızı vərəqəni düzgün oyunçuya göstərmir. Bu səhvdir. Bunlardan heç kim sığortalanmayıb. Olan şeydir".