Mina partladı: 5 hərbçi yaralandı
1 Mart 2015 19:02 (UTC+04:00)
Ötən gün Çeçenistan Respublikasında hərbçilərin yaralanması ilə
nəticələnən partlayış meydana gəlib.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, Çeçenistanın
Urus-Martanovsk rayonunda baş verən partlayış nəticəsində Rusiyanın
5 hərbçisi yaralanıb.
"Hadisə fevralın 28-də, saat 18:00 radələrində Çeçenistan
Respublikasının Urus-Martanovsk rayonunun Şalaji yaşayış
məntəqəsində, dağlıq-meşəlik ərazidə baş verib. Daxili Qoşunların
mühəndis istehkam tağımı mühəndis-kəşfiyyat işləri görərkən ərazidə
gizlədilmiş qurğu partlayıb", - deyə hüquq-mühafizə orqanlarına
yaxın mənbə xəbər verib.
Mənbə qeyd edib ki, aldıqları yaradan sonra 5 hərbçi hadisə
yerindən təxliyyə edilərək tibb məntəqələrinə çatdırılıb.