Ermənilər atəşkəsi 62 dəfə pozdular

1 Mart 2015 19:04 (UTC+04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Movqe.az xəbər verir ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Göranboy, Ağdam, Tərtər, Xocavənd, Füzuli, Cəbrayil, Qazax rayonlarında yerləşən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.