Sevgilisini güllələyib öldürdü - YENİLƏNİB - VİDEO - FOTO

2 Mart 2015 13:30 (UTC+04:00)


Movqe.az xəbər verir ki, Qazaxda qətl hadisəsi törədilib. 29 yaşlı rayon sakini qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxs tərəfindən güllələnərək öldürülüb. Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, hadisə rayonun Əliağa Şıxlinski küçəsi bina 5, mənzil 39 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1 uşaq anası 29 yaşlı Aynurə Abdullayeva özündən 19 yaş böyük, qeyri-rəsmi nikah münasibətində yaşadığı Məcid Veyisov tərəfindən güllələnərək öldürülüb.


Mərhumun atası Xanqulu Abdullayevin sözlərinə görə, Qazax rayonu Daş Salahlı kənd sakini 48 yaşlı Məcid Veyisov onun evinə özü ilə ov tüfəngi gətirib. Mərhumun atası silahla maraqlandıqda ona ferması üçün aldığını deyib. Amma bir neçə dəqiqə sonra sevgililər arasında yaranan mübahisə zamanı Məcid Veyisov yaxın məsafədən odlu silahla Aynurənin baş nahiyəsinə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb. Qətl törədilən əraziyə rayonun hüquq mühafizə orqanı əməkdaşları çağırılıblar. Təxirəsalınmaz tədbirlər nəticəsində hadisə yerindən qaçan Məcid Veyisov saxlanılaraq istintaqa təhvil verilib. Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb.