Əli Həsənov qondarma "parlament seçkiləri" ilə bağlı məsələyə mövqeyini açıqladı

2 Mart 2015 13:50 (UTC+04:00)

"Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq".


Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək qondarma "parlament seçkiləri"nə münasibət bildirərkən deyib.


Ə. Həsənov deyib ki, Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək.