Rusiya məhsul qıtlığını Azərbaycanın hesabına aradan qaldırmaq istəyir

3 Mart 2015 08:01 (UTC+04:00)

Bu gün Azərbaycan üçün xüsusi maraq dairəsind olan məsələlərdən biri də ölkənin ixrac etdiyi məhsulların həcminin artırılmasıdır. Əslində, ölkəmizdə istehsal edilən məhsullara, xüsusən də aqrar mallara xarici bazarlarda kifayətqədər tələb var. Xüsusən də Rusiyada bu tələb olduqca yüksəkdir.

Bu arada bir məqamı qeyd edək ki, şimal qonşumuz yenə də Azərbaycandan daha çox məhsul idxalında maraqlı olduğunu bildirir. Rusiya Dövlət Duması Maliyyə Bazarı Komitəsinin sədr müavini Dmitri Savelyev isə bu xüsusda maraqlı fikir səsləndirib: "Rusiyanın Avropadan məhsul idxalına qadağa qoyduğu indiki günlərdə məhsul qıtlığını Azərbaycanın hesabına aradan qaldırmaq olar. Avropa ölkələri Rusiyaya kənd təsərrüfatı məhsulları ixracının dayandırılmasına görə bu gün 5-6 milyard avro itiriblər. Bu məhsulların əhəmiyyətli hissəsini Rusiyaya Azərbaycan ixrac edə bilər. Azərbaycan məhsullarının misli yoxdur. Rusiyalı istehlakçılar bunu "qiymət-keyfiyyət" nisbəti baxımından da yüksək qiymətləndirir. Azərbaycan məhsulları həm də öz dadına və ekoloji cəhətdən təmiz olmasına görə çox üstünlüklərə malikdir. Asiyadan gələn oxşar məhsullar adətən kimyəvi maddələrlə "zəngin" olur. Avropadan gələn meyvə-tərəvəz isə adətən istixanalarda, qeyri-təbii şəraitdə yetişdirilir deyə onlar da keyfiyyətsiz olur". Elə bu səbəbdən Dmitri Savelyev hesab edir ki, rusiyada Azərbaycan məhsullarına tələbat kifayət qədər yüksəkdir.

Bundan öncə də o bildirmişdi ki, Azərbaycanın Rusiya bazarında yer alması üçün böyük şans yaranıb: "Azərbaycan unikal ölkədir. Bu gün ölkədə yüksək inkişaf var. Bu inkişafı heç bir postsovet ölkəsində görmək mümkün deyil. Azərbaycan məhsulları Orta Asiya və Çin məhsullarından daha keyfiyyətlidir. Rusiya bazarında bu məhsulları böyük məmnuniyyətlə və böyük həcmdə görmək istərdik". Analoji təkliflə digər Rusiya rəsmiləri də çıxış edib. Rusiya

İctimai Palatasının üzvü, politoloq Sergey Markov da Azərbaycandan Rusiyaya daah çox məhsul ixracının mümkün olduğuun bildirir: " Azərbaycan Rusiyanın tərəfdaşı olaraq böyük Rusiya bazarında özünün keyfiyyətli məhsulu ilə daha da inamlı iştirak edə bilər. Azərbaycan kənd təsərrüfatı məhsulları ilə də zəngin ölkədir və onun Rusiyanı bu məhsullarla təmin etməyə imkanı var. Bu amil Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcək".

Qeyd edək ki, Azərbaycan və Rusiya "yaşıl dəhliz" vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidi ilə bağlı da müzakirə aparırlar. Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bununla da Azərbaycandan ölkəsinə daha çox məhsul ixracına şərait yaranacağıın qeyd edir: "Rusiya bütün istiqamətlərdə Azərbaycanla əmtəə dövriyyəsinin genişləndirilməsinə maraq göstərir, xüsusilə Azərbaycandan tez xarab olan malların tədarükünə diqqət yetiririk. Çünki onlar nisbətən ucuz, çox keyfiyyətli mallardır və Rusiya Federasiyasının ərazisinə operativ ixrac edilir". Bundan başqa Azərbaycandan Rusiyaya məhsul ixracının artımnaimkan verən ayrıca proqram da hazırlanır. Bütün bunlar Rusiyanın Azərbaycandan getdikcə daha çox məhsul alacağını göstərir.