Qriqori Karasin: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olacağına ümid edirik”
8 Avqust 2012 14:39 (UTC+04:00)
Rusiya
2012-2013-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində
irəliləyiş olacağına ümid edir.
APA-nın məlumatına görə, bu barədə
"Qolos Rossii"yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin
müavini Qriqori Karasin bildirib.
"Bu, öz kökləri, tarixi olan olduqca çətin, mürəkkəb mövzudur.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylər
ATƏT-in Minsk Qrupunda cəmləşdirilməlidir. Ermənistan və Azərbaycan
Rusiyanın MDB çərçivəsində yaxın tərəfdaşlarıdır. Biz həm İrəvan,
həm Bakı ilə münasibətlərə yüksək səviyyədə qiymətləndiririk və
həqiqətən də hər iki tərəfin Dağlıq Qarabağ məsələsində
mövqelərinin yaxınlaşdırılması üçün mümkün olanı
edirik".