"Orduda baş verən ölümlərin hər biri ilə bağlı cinayət işi açılır"
9 Avqust 2012 08:57 (UTC+04:00)
Orduda baş verən ölüm hallarının hər biri ilə
bağlı cinayət
işi açılır. Bunu jurnalistlərə açıqlamasında respublika hərbi
prokuroru Xanlar Vəliyev deyib. Hərbi prokuror bildirib ki, bütün
ölüm halları ilə bağlı
ictimaiyyətə məlumat verilmir və buna
lüzum da yoxdur. "Amma hərbçi hətta durduğu yerdə vəfat etsə də, həmin
faktla bağlı cinayət işi başlanır", - Vəliyev deyib.
Ordudakı ölüm faktlarının
müxtəlif səbəblərdən baş verdiyini deyən
hərbi prokuror hərbi kontingent tərəfindən törədilən cinayətlərin
sayının artması barədə mətbuatda gedən yazıların əsassız olduğunu, həqiqəti əks
etdirmədiyini bildirib. "İldən-ilə bu faktlar
azalır. 2012-ci ilin 6 ayında
hərbi kontingent tərəfindən törədilən
cinayət hadisələri ötən illə müqayisədə 10 faizdən çox
azalıb", - o deyib.