Bu gün şairlərimizə hökm oxunacaq

9 Avqust 2012 15:32 (UTC+04:00)

3 aydan artıqdır ki, İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə bu gün hökm oxunacaq. Lent.az-ın məlumatına görə, bu barədə Ans televiziyasına Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib. Azərbaycanlı şairlərin məhkəmə dinləmələri 2 gün davam edib. Prosesə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də qatılıb. Razılaşmaya əsasən F.Hüseynin Kürdəmir rayonunda, Ş.Hacızadənin isə İmişlidə yaşayan birinci dərəcəli ailə üzvləri də prosesdə iştirak edib.