1789 Asteklə basdırılıb

9 Avqust 2012 17:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, yaşayışları haqqındaçox az şey bilinən xalqlardan biri olan Asteklerin məzarında 1789 insan sümüyü yığınıyla əhatələnmiş bir qadının skeleti tapılıb.

Meksikanın paytaxtı Mexikodakı Astek sivilizasiyasına aid böyük məbəddə indiyə qədər bənzəri olmayan bir məzar otağı tapılıb.

Böyük Məbəddə olan müqəddəs ağacın qalıqlarının yaxınlığında yerin 5 metr dərinliyinə qədər olan məzar otağında 1789 insan sümüyü yığınıyla əhatələnmiş gənc bir qadının skeleti var.

Bu günün qəzetlərində yayılan xəbərə görə, məzardan çıxarılan sümükləri araşdıran arxeoloqlar bəzi sinə sümükləri ilə onurğalarda ürək çıxarma ayinindəki xatırladan kəsik izlərinin olduğunu, ancaq qurbanların bütöv deyil, parçalanaraq məzara yerləşdiyini söyləyib.

Arxeoloqlar sümük yığınlarından birində 7 yeniyetmə və 3 uşağa aid kəllələrin, digərində onurğa sümüyü kimi uzun sümüklərin, bir başqasında isə qabırğa sümüklərinin iştirak etdiyini açıqlayıblar.