İranda saxlanılan şairlərimizə hökm oxunması təxirə salınıb

9 Avqust 2012 17:37 (UTC+04:00)

İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadəyə bu gün hökm oxunacağı bildirilsə də, proses təxirə salınıb. Bu barədə Fərid Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib: "Sadəcə olaraq məhkəmə məşvərətə çıxıb. Bu gün onlarda qısa gündür. Sabah və biri gün isə iş günü deyil. Səfirliyin nümayəndələri ilə birlikdə biz hakimlə görüşdük. Orda müəyyən araşdırmalar aparılır ona görə də biz indi Azərbaycana qayıdırıq".