Milli Məclisin sabiq deputatı, AzTV-nin sabiq sədri Nizami XudiyevModern.az-a açıqlama verib. O qeyd edib ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyir. Xatırladaq ki, o, əvvəllər də bu ali məktəbdə çalışıb.
Məşhur "91-lər"dən olan sabiq deputat bildirib ki, indiyə qədər müxtəlif vəzifələrdə işləyib. Bundan sonra hansı vəzifədə işləməyinə gəlincə isə "hazırda burada dərs deyirəm. Daha sonra hansı vəzifədə işləyəcəyimlə bağlı məlumatım yoxdur. Olanda cəmiyyət biləcək. Bu məndən asılı məsələ deyil", – deyə o, qeyd edib.
Dilçi professor Nizami Xudiyev 2010-cu ilin noyabrınadək Milli
Məclisdə56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil
edib.O,1994–1996-cı illərdə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
sədri vəzifələrində çalışıb.
1995-2010-cu illərdə (15 il) deputat olub.