"Azərbaycan idmançıları ətrafında şübhələr"

11 Avqust 2012 21:05 (UTC+04:00)

Proqramda deyilir ki, ötən həftə finalda Azərbaycan boksçusu Məhəmməd Abdulhəmidovun yaponiyalı həmkarı üzərində, altı dəfə yerə düşməsinə baxmayaraq, "qələbə çalması" şübhə yaradıb.

Beynəlxalq Həvəskar Boks Federasiyası (BHBF) yalnız yaponların etirazından sonra referinin qərarını dəyişib və Türkmənistandan olan referi şübhə doğurub.

Hadisədən dörd gün sonra isə, başqa Azərbaycan boksçusu beloruslu idmançını udub. Bu qələbə qərarı da "şübhəyə" səbəb olub, Newsnight deyir. Belorus nümayəndə heyəti BHBF-ə müraciət etsə də, qərar dəyişməyib və azərbaycanlı Teymur Məmmədov hazırda yarım-finaldadır.

Qızıl medal və rüşvət iddiaları

BHBF prezidenti Dr Ching-Kuo Wu Newsnighta bu şübhə və tənqidlərlə bağlı müsahibə verib:

"BHBF-nın Azərbaycandan Londonda keçirilən Olimpiya Oyunlarında iki qızıl medal almasına görə 10 milyon dollar rüşvət alması ittihamları doğru deyil və mən BBC-nin bunu yayımlamasından təəssüf edirəm".

"Mən son altı ildə həvəskar boksu əvvəlki administrasiyanın korrupsiya sensasiyalarından təmizləmək üçün çox çalışmışam", BHBF prezidenti bildirib.

Onun fikrincə, "Olimpiya Oyunlarında qızıl medal qazanmağın bir yolu var və bu, məşq etmək və yaxşı döyüşməkdir".

"Yaxşı məşq etmiş iki Azərbaycan boksçusunun karyerası bu ittihamlarla zədələnib", deyən Dr Ching-Kuo Wu "çox təəsüfləndiyini" əlavə edib.

London 2012 Olimpiya Oyunlarında Azərbaycanın daxil olmadığı yarışların nəticələri barədə də suallar yaranıb. Amma heç bir nəticə sonradan dəyişdirilməyib. Lakin xal vermə prosesinin şəffaflığını qorumaq tələb edilib.

Ötən il Newsnight proqramı Azərbaycanın boks təşkilatına London 2012-də iki qızıl medal əvəzində milyonlarla dollar ödədiyinə dair jurnalist təhqiqatı-reportajı yayımlayıb.

BHBF və Azərbaycan rəsmiləri bu iddiaları təkzib etsə də, reportaj aylarla müzakirə edilmişdi./bbc