Bu günə gözlənilən hava şəraiti

12 Avqust 2012 12:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 12-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 22-27, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 12-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 37-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənir. Avqustun 12-dəölkə ərazisində günəşli, isti hava şəraitinin davam edəcəyi gözlənilir.