Azərbaycanda neftçilər ixtisarlara etiraz olaraq avtomobil yolunu bağlayıblar
13 Avqust 2012 13:54 (UTC+04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna aksiya keçirən
neftçilər məlumat veriblər. Bu gün saat 10:00 radələrində
aksiyaya başlayan Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsinin
Bakı-Qazax yolunun Qobustan ərazisindən keçən hissəsini bağlayıblar
və nəticədə yolda böyük tıxac yaranıb. Yolun bağlanması bu saatlara
qədər davam edir. Neftçi fəhlələrin narazılığı onların İdarəsinin
bağlanması və bütün işçilərin ixtisara düşməsi ilə bağlıdır.
Hələlik aksiya iştirakçıları ilə heç bir dövlət qurumu, o cümlədən
ARDNŞ-in səlahiyyətliləri görüşməyib. Aksiya davam edir.
Məsələ ilə bağlı İdarədən daha ətraflı məlumat almaq mümkün
olmayıb.
ARDNŞ-in bu günlərdə yaydığı rəsmi məlumata əsasən isə, şirkətin
strukturunda aparılan islahatlar strukturun optimallaşdırılması və
məsrəflərin azaldılması məqsədi ilə aparılır. İxtisara düşən
işçilərə isə vakant iş yerləri, o cümlədən "Azəriqaz" İB-də və
ARDNŞ digər bölmələrində iş təklif olunur.