Bu şəhərə kişi girə bilməz!

14 Avqust 2012 14:41 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanıda qadınların işləməsi üçün xüsusi şəhərlər tikiləcək. İngiltərənin "The Guardian" qəzetinin "Əl İktisadia" qəzetinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı, qadınları iş həyatına alışdırmaq üçün, yalnız qadınların işləməsinə icazə verilən şəhərlər yaradacaq.

YALNIZ QADINLAR İŞLƏYƏCƏK

Şəriət qanunlarıyla idarə olunan və qadınların avtomobil sürməsinin qadağan olduğu Səudiyyə Ərəbistanında, qadınların çalışması üçün maraqlı bir düstur inkişaf hazırlanıb. Səudiyyə Sənaye Mülkiyyət Təşkilatının (MODON) hazırladığı layihəyə görə, tikiləcək şəhərlərdə yalnız qadınların işləməsinə icazə veriləcək.

Müzakirə mövzususu olan şəhərlərdəki iş yerlərindəki idarəçilər də qadınlardan ibarət olacaq. İlk mərhələdə 5 min qadının məşğulluq probleminin həll edilməsinin məqsəd qoyulduğu şəhər ölkənin şərqindəki Hofufda tikilir. Gələn il fəaliyyətə başlması planlaşdırılan şəhərdə, tekstil, kosmetik və qida kimi iş sahələri olacaq.

MODON tərəfindən icra edilən layihə uğurlu olduğu halda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da buna bənzər dörd şəhər qurularaq və qadınlar iş həyatına alışacaqlar.

Səudiyyə Ərəbistanıda hazırda yalnız qadınların 15 faizi işləyə bilir. Əmək hüququ qazanan qadınların böyük əksəriyyəti, qadınlar üçün hazırlanmış işyerlərində çalışır. Ölkədə qadın və kişilərin eyni mühitdə işlədiyi az sayda iş yeri də mövcuddur.