Rusiyada zəlzələ olub

14 Avqust 2012 15:57 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Rusiyanın şərqindəki Okhotsk dənizində 7,7 gücündə zəlzələ olub.

Amerika Geoloji Araşdırma Mərkəzi (USGS), zəlzələnin bu səhər saatlarında, Sahalin adasında yerləşən Poronaysk şəhərinin 158 km şərqində, 625 kilometr dərinlikdə meydana gəldiyini qeyd edib.

Pasifikdəki sunami xəbərdarlıq mərkəzi, heç bir dağıdıcı sunaminin olmayacağını bildirib.

Bu vaxt Yaponiya meteorologiya dairəsi, zəlzələnin, ölkənin şimalındakı Hokkaido adasından da hiss edildiyin açıqlayıb.